Xəzər Xəbər

Baham adalarında qasırğa nəticəsində ölənlərin sayı 43-ə çatıb

Dünya | 09:35 • 7 Sentyabr 2019
Baham adalarında qasırğa nəticəsində ölənlərin sayı 43-ə çatıb

Baham adalarında "Dorian” qasırğası nəticəsində ölənlərin sayı artıb.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qasırğa nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.


Daha əvvəl ölənlərin sayı 30 nəfər təşkil edib.


Qasırğa nəticəsində ABŞ-ın Cənubi Karolina və Corciya ştatlarının 220 mindən çox sakini işıqsız qalıb. Eyni zamanda, Şimali Karolina və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.

Xəbər lenti