Xəzər Xəbər

Əfqanıstanda partlayış - 30 nəfər yaralanıb, 8 nəfər ölüb

Dünya | 11:54 • 5 Sentyabr 2019
Əfqanıstanda partlayış -

Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərinin Şaş Darak rayonunda avtomobil partladılıb.


Xezerxeber.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, partlayış zamanı 30 nəfər yaralanıb, 8 nəfər ölüb.


Baş vermiş terror aktına görə, məsuliyyəti "Taliban” hərəkatı öz üzərinə götürüb.


Partlayış nəticəsində 12 nəqliyyat vasitəsinə zərər dəyib.


Qeyd edək ki, NATO-nun Əfqanıstandakı mənzil qərargahı, ABŞ səfirliyi, hökumət binaları və Müdafiə Nazirliyi Şaş Darak rayonunda yerləşir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti