Xəzər Xəbər

Yaponiyada qatar yük maşını ilə toqquşub, çox sayda yaralı var - FOTO

Dünya | 10:48 • 5 Sentyabr 2019
Yaponiyada qatar yük maşını ilə toqquşub, çox sayda yaralı var -

Sentyabrın 5-də Tokionun qonşuluğunda yerləşən Yokohama şəhərində yük maşını ilə toqquşan sərnişin qatarı relsdən çıxıb.


Xezerxeber.az xəbər verir ki, qəza nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.


Hadisənin yerli vaxtla saat 11:40- dəqiqədə Keykyu xəttində, Kanaqava-Şimmaçi stansiyası ilə Nakakido stansiyası arasında baş verdiyi bildirilir. Yaponiya İctimai Televiziyasının yaydığı kadrlarda qatarın baş vaqonunun ciddi zədələndiyi aydın görünür. Hadisə yerində qara tüstü buludunun göründüyü də bildirilir. Polisin yaydığı məlumata görə, yük maşınının 67 yaşlı sürücüsü və 20 yaşlarında bir sərnişin qadın ciddi xəsarət alıblar.


Hazırda hadisə yerində xilasedicilər çalışır. Polis hadisənin baş verməsi səbəblərini araşdırır.

Xəbər lenti