Xəzər Xəbər

Nigeriya Cənubi Afrikadan səfirini geri çağırır

Dünya | 09:48 • 5 Sentyabr 2019
Nigeriya Cənubi Afrikadan səfirini geri çağırır

Son günlər Nigeriya dövləti vətəndaşlarının Cənubi Afrika Respublikasında (CAR) baş verən iğtişaşlar zamanı zərər gördüyü səbəbindən bu ölkədəki səfirini geri çağrmaq qərarına gəlib.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, həmçinin Nigeriyanın vitse-prezidenti Yemi Osinbajo çərşənbə günü Keyptaunda keçirilən Afrika üzrə Ümumdünya İqtisadi Forumunda iştirak etməkdən imtina edib.


Nigeriya hökuməti CAR-da iğtişaşlar və dağıntılar zamanı ölkə vətəndaşlarına dəymiş zərərin tam ödənilməsini tələb edib.


Qeyd edək ki, CAR polisi çərşənbə günü Yohannesburqdakı iğtişaşlar zamanı ölənlərin sayının yeddi nəfərə çatdığını açıqlayıb.


"Reuters”in məlumatına görə, Nigeriya polisi ölkədəki əcnəbilərə məxsus səfirlik və mağazaların qorunmasını gücləndirib. Qeyd edilir ki, yerli polis Nigeriya vətəndaşları tərəfindən Cənubi Afrikada baş verənlərə adekvat cava ola biləcəyindən ehtiyatlanaraq bu addımı atıb.

Xəbər lenti