Xəzər Xəbər

Gürcüstanda 6 mindən çox müəllim təqaüdə göndərilib

Dünya | 09:35 • 5 Sentyabr 2019
Gürcüstanda 6 mindən çox müəllim təqaüdə göndərilib

Gürcüstanda təhsil sahəsində yeni islahatlar nəticəsində 6 mindən çox müəllim öz istəyi ilə təqaüdə göndərilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsinə namizəd Mixeil Batiaşvili parlamentdəki çıxışı zamanı məlumat verib.


O bildirib ki, bu, olduqca vacib islahatdır. Dövlət könüllü olaraq layiqli təqaüdə çıxmağa qərar verən müəllimləri mükafatla təmin edəcək. Həmin müəllimlər ikiillik əməkhaqqına bərabər məbləğdə mükafat alacaqlar.


Nazir təhsil sahəsində yeni kadrlarla bağlı əlavə addımların atılacağını da deyib. Bildirib ki, məktəb islahatları ilə bağlı ilk mərhələ başa çatıb, ikinci mərhələyə isə payız aylarında start veriləcək.

Xəbər lenti