Xəzər Xəbər

Fransada nazirlər bələdiyyə seçkilərinə namizədliklərini irəli sürə biləcəklər

Dünya | 09:15 • 5 Sentyabr 2019
Fransada nazirlər bələdiyyə seçkilərinə namizədliklərini irəli sürə biləcəklər

Fransada nazirlər 2020-ci ildə keçiriləcək bələdiyyə seçkilərinə namizədliklərini irəli sürə və hökuməti tərk etmədən seçki kampaniyası apara biləcəklər.


Bu fikirləri Fransanın Baş Naziri Eduard Filip sentyabrın 4-də keçirdiyi mətbuat konfransında söyləyib.


Baş Nazir bildirib ki, nazirlər 2019-cu ilin sonunadək öz vəzifələrini icra etməli və 2020-ci ilin yanvarından etibarən mer seçilmək üçün bələdiyyə seçkilərinə namizəd olmalıdırlar.


Lakin hökumətin qəbul etdiyi qaydaya görə, nazirlər eyni zamanda bir neçə funksiyanı yerinə yetirə bilməzlər. Buna görə də 2020-ci ilin martında keçiriləcək seçkilərdə qalib gələcəkləri halda, nazirlər iki funksiyadan birini seçməli olacaqlar. (AZƏRTAC)

Xəbər lenti