Xəzər Xəbər

Rusiya-Ermənistan gərginliyi: “Münasibətlər getdikcə qırılır”

Dünya | 21:13 • 4 Sentyabr 2019
Rusiya-Ermənistan gərginliyi:

"Sorosçu Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırır. Onun başçılıq etdiyi komanda və onun özü Rusiyanı müttəfiq kimi qəbul etmir”.

Bunu Ermənistanın Respublikaçı partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

Keçmiş hakim partiyanın rəsmisi Baş nazir Nikol Paşinyanı Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda ittiham edib:

"Sorosçu bir adamın dəli kimi müttəfiqlik münasibətlərinə zərər verməsinə təəccüblənmədim. Üstəgəl, baş nazirin səlahiyyətlərini yerinə yetirən bir şəxsin bu münasibətlərin pozulmasını səssiz izləməsi də təəccüblü deyil. Təkcə o yox, bütün komandası səssizdir.

Ermənistanın təhlükəsizliyinin qarantiyası olan Rusiya ilə münasibətlər tamamilə korlanıb, onlar isə buna səs çıxarmırlar”.

Şarmazanov hazırkı situasiyada ikitərəfli münasibətlərin qırılmağa doğru getdiyini və buna görə Paşinyanın məsuliyyət daşıdığını bildirib.

Xəbər lenti