Xəzər Xəbər

“Danışmır, susur…” – Həbsdə olan eks-prezidentdən yeni xəbər

Dünya | 16:49 • 4 Sentyabr 2019
“Danışmır, susur…”

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev barəsində açılan cinayət işinə etiraz olaraq məhkəmədə sualları cavablandırmaqdan imtina edib.

Bu barədə eks-prezidentin vəkili Sergey Slesarev məlumat verib.

"Müstəntiq və hakimlərin suallarına cavab vermir, susur. Bu, onun baş verən qanunsuzluğa etirazıdır ”, - Slesarev deyib.

Almazbek Atambayev dövlət çevrilişinə cəhddə, korrupsiya və hüquq mühafizə orqanlarına silahlı müqavimət göstərməkdə ittiham olunur./teleqraf.com

Xəbər lenti