Xəzər Xəbər

Türkiyədə avqust ayı ərzində 117 terrorçu zərərsizləşdirilib

Dünya | 15:54 • 4 Sentyabr 2019
Türkiyədə avqust ayı ərzində 117 terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində avqust ayı ərzində 117 terrorçu zərərsizləşdirilib.


Bu barədə ölkənin Daxili İşlər nazirinin köməkçisi İsmail Çataklı məlumat verib.


İ.Çataklı Suriyadan gələcək yeni köçkünlərin Türkiyə sərhədləri xaricində qarşılanacağını bildirib. O, bu istiqamətdə işlərin aparıldığını qeyd edib.

Xəbər lenti