Xəzər Xəbər

Ən gənc qatillər – Səbəbi qan dondurur

Dünya | 15:49 • 4 Sentyabr 2019
Ən gənc qatillər

Kiçicik uşaq insan öldürə bilmək üçün yetərli nifrəti, ya da lazımi silahı hardan əldə edir?

XəzərXəbər-in bu materialında 6-13 yaş arasında olan uşaqların – tarixin ən gənc qatillərini və onların hekayəlini təqdim edir.

Erik Smit, 13 yaş

Erik Smit 4 yaşlı Derrik Robieyi qaçıranda 13 yaşında idi. Zavallı uşağa işgəncə verib öldürən Smit təkbaşına belə bir cinayət işlədən ilk örnəkdir. Ömürlük həbs cəzası alan Smiti bu qədər qorxunclaşdıranın qızılı saçları və iri eynəyi üzündən sürəkli aşağılanması olduğu söylənilir.

Con Venables və Robert Tompson, 10 yaş

Con Venables və Robert Tompson uşaqların bir yetkindən daha vəhşi ola biləcəyinin nümunəsidir. Con və Robert 2 yaşlı Ceyms Bulgerin anasının bir neçə saniyəlik dalğınlığından faydalanıb qaçıranda sadəcə 10 yaşda idilər. Onlar körpəni döyüb, işgəncə verib və ölməsinə əmin olduqda dəmiryoluna tullayıblar.

Edqar Jimenez, 14 yaş

Yaşı az, amma cinayət işi ağır. 14 yaşlı Edqar Jimenez narkotik şəbəkələrinin birində tətikçilik etdiyi üçün yaxalanıb. İnternetdə qurbanları ilə çəkdiyi fotolarını yayımladıqdan sonra pis şöhrətə qovuşan "El Ponchis” (Pelerin) ləqəbli Edqar polislərə 4 cinayət işlətdiyini etiraf edib.

Kristian Fernandez, 12 yaş

1979-cu ildə 12 yaşlı Bianella Susana təcavüzə uğrayıb hamilə qaldı və 9 ay sonra Kristian Fernandez doğuldu. 1991-ci ildə Kristian 2 yaşlı qardaşı ilə birgə tərk edilib. Bunun üzərinə nəzarəti itirən Kristian qardaşını döyə-döyə öldürüb.

Katerina və Kurtis Cones, 12 və 13 yaş

13 yaşlı Katerina və qardaşı cinsi istismara məruz qaldıqlarını anlatdıqları yaxın qohumları onlara laqeyd qalınca onlar yaxın qohumlarına atalarının silahı ilə atəış açaraq onları qətlə yetiriblər.Uşaqla 18 il həbs cəzasına məhkum edilib.

Jasmin Riçardson, 12 yaş

Qorxunc əməlini qardaşı ilə bərabər gerçəkləşdirən Jasmin Riçardson anasını, atasını və kiçik qardaşını öldürəndə 12 yaşında idi. Səbəbi isə ailəsinin 23 yaşlı oğlan dostu ilə görüşməsini yasaqlamış olmasıydı.

Girl A, 11 yaş

2004-cü ilin iyun ayında media tərəfindən "GIRL A” olaraq adlandırılan 11 yaşlı yapon məktəbli qız 12 yaşlı sinif yoldaşı Satomi Mitaraiyi öldürüb. Qız günorta yeməyindən sonra boş bir sinifdə Satominin boğazını bıçaqlayıb. Qız ikiüzlülüyünü internettdə yayımladığı üçün sinif yoldaşını öldürdüyünü etiraf edib./teleqraf.com

Xəbər lenti