Xəzər Xəbər

Hindistan Rusiyadan 14,5 milyard dollarlıq silah və hərbi texnika alacaq

Dünya | 15:08 • 4 Sentyabr 2019
Hindistan Rusiyadan 14,5 milyard dollarlıq silah və hərbi texnika alacaq

Hindistan Rusiyadan 14,5 milyard dollar dəyərində silah və hərbi texnika alacaq.


Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.


O deyib ki, Hindistan və Rusiya arasında 14,5 milyard dollar dəyərində Rusiyadan silahların və hərbi texnikaların tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.


"Bu, çox əhəmiyyətli rəqəmdir və həqiqətən irəliləyişdir", - deyə D.Şuqayev qeyd edib.

Xəbər lenti