Xəzər Xəbər

Dünyanın ən təhlükəli ölkəsi... – Pentaqonun keçmiş şefi ad çəkdi

Dünya | 15:21 • 4 Sentyabr 2019
Dünyanın ən təhlükəli ölkəsi...

Pentaqonun keçmiş rəhbəri Ceyms Mettis Pakistanın əhalinin radikallaşması və nüvə potensialına görə dünyanın ən təhlükəli ölkəsinə çevrildiyini bildirib.

Mettisin sentyabrın 3-də satışa çıxarılan "Çağırılmış "Xaos”: idarə etməyi öyrənək” kitabında deyilir:

"Mən məşğul olduğum bütün ölkələr arasında ən təhlükəlisinin Pakistan olduğuna inanıram”.

Onun sözlərinə görə, cəmiyyətin radikallaşmasına dair fikirləri Pakistan hərbçiləri də bölüşürlər. Mettis nüvə potensialını inkişaf etdirən Pakistanın silahlanmasına və onların yayılmasına nəzarəti artırmağa çağırıb.

Ceyms Mettis 2017-ci ilin yanvarından 2018-ci il dekabrın 31-dək ABŞ-ın müdafiə naziri vəzifəsində çalışıb. O, istefa məktubunda Prezident Donald Trampla fikir ayrılıqlarını göstərib.

İyul ayında isə Pentaqonun kəşfiyyat direktoru Robert Eşli qısamüddətli perspektivdə Rusiyanın, uzunmüddətli perspektivdə isə Çinin ABŞ üçün son dərəcə təhlükəli olduğunu bildirmişdi./teleqraf

Xəbər lenti