Xəzər Xəbər

Müsəlmanlara mobil telefondan istifadə qadağan edildi

Dünya | 14:51 • 4 Sentyabr 2019
Müsəlmanlara mobil telefondan istifadə qadağan edildi

Banqladeş hökuməti ölkədə məskunlaşmış Rohinca qaçqınlarına mobil rabitə xidmətlərinin göstərilməsini qadağan edib.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, mobil operatorlara Banqladeşin cənub-şərqindəki qaçqın düşərgələrinə göstərilən xidməti 7 gün ərzində dayandırmaq tapşırılıb.

Qeyd olunur ki, qərar təhlükəsizlik məqsədləri ilə bağlı qəbul edilib. Banqladeş polisi bildirib ki, uzun müddət ərzində qaçqın Rohinca müsəlmanları mobil rabitədən sui-istifadə edərək cinayətlər törədib.

Xəbər lenti