Xəzər Xəbər

Böyük Britaniyanın sürət qatarı layihəsi beş il ləngiyə bilər

Dünya | 14:42 • 4 Sentyabr 2019
Böyük Britaniyanın sürət qatarı layihəsi beş il ləngiyə bilər

Böyük Britaniyanın Nəqliyyat naziri Grant Shapps HS2 sürət qatarı layihəsinin ilk mərhələsi olan London-Birmingem xəttinin tamamlanmasının nəzərdə tutulduğundan beş il gecikə biləcəyini deyib.

XəzərXəbər Azərtac-a istinadla xəbər verir ki, parlamentdə çıxış edən nazir həmin xəttin planlaşdırıldığı kimi 2026-cı ildə deyil, 2031-ci ildə tamamlanaraq istifadəyə veriləcəyini, HS2 sürət qatarı layihəsinin ümumi maliyyə məbləğinin isə 62 milyard funt sterlinqdən 88 milyard funt sterlinqə yüksəldiyini bildirib.

Britaniya hökuməti ötən ay maliyyə məsələsini əsas göstərərək layihəni araşdırmağa başlayıb.

Layihədə qatarların saatda 402 kilometrədək sürətlə hərəkət etməsi, şimal-cənub xəttində bir saata 15 min sərnişin daşınması planlaşdırılır.

Xəbər lenti