Xəzər Xəbər

Pakistanda 6 nəfər İŞİD silahlısı öldürülüb

Dünya | 14:21 • 4 Sentyabr 2019
Pakistanda 6 nəfər İŞİD silahlısı öldürülüb

Pakistan təhlükəsizlik qüvvələri Qvetta rayonunun şərqində "İslam dövləti” terrorçu təşkilatına qarşı hərbi əməliyyat həyata keçiriblər. AZƏRTAC DawnNews saytına istinadla xəbər verir ki, bir neçə saat davam edən intensiv atışma nəticəsində 6 terrorçu, o cümlədən 1 qadın öldürülüb.


Belucistan polisinin rəisi Möhsün Həsən Butt öldürülən şəxslərin "İslam dövləti” terrorçu təşkilatına mənsub olmalarını təsdiq edib. O bildirib ki, terrorçularla atışmada təhlükəsizlik qüvvələrinin 1 zabiti həlak olub, daha 8 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.


Pakistanın Antiterror Departamentinin açıqlamasında bildirilib ki, terrorçuların Qvetta ərazisində hücuma hazırlaşması barədə kəşfiyyat məlumatından sonra onların zərərsizləşdirilməsi üzrə hərbi əməliyyat həyata keçirilib. Əməliyyata polis və antiterror qüvvələri cəlb olunub.

Xəbər lenti