Xəzər Xəbər

İŞİD yenidən hücuma keçir Kürd liderdən XƏBƏRDARLIQ

Dünya | 14:37 • 4 Sentyabr 2019
İŞİD yenidən hücuma keçir

İŞİD terrorçularının yenidən bir çox bölgələrdə hücum həyata keçdiyini görürük. Bu, əhali üçün ciddi təhdiddir.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin Baş naziri Məsrur Bərzani amerikalı general Paul J.Lakamera ilə görüşündə deyib.

O bildirib ki, İraqın təhlükəsizliyinin təmin edilməsi bütün regionun təhlükəsizliyinə müsbət təsirini göstərəcək.

Lakamera da öz növbəsində qeyd edib ki, İŞİD hazırda İraqın bir çox ərazilərində təhlükəli vəziyyət yaradır və sakinlərin evlərinə qayıtmasına imkan vermir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti