Xəzər Xəbər

Prezident orduya döyüş ƏMRİ VERDİ: Bütün hücumlara qarşı...

Dünya | 14:20 • 4 Sentyabr 2019
Prezident orduya döyüş ƏMRİ VERDİ:

Venesuela prezidenti Nikolas Maduro Silahlı Qüvvələrə döyüş təlimatı verib.

Prezident Kolumbiyadan gələ biləcək hücuma qarşı ordusunun hazır olmasını istəyib.

"Milli Bolivarçı Silahlı Qüvvələr Strateji Əməliyyatlar Komandanlığına təlimat verdim. Sərhəddəki bütün əsgərlər Kolumbiyadan Venesuelaya hücum təhdidinə qarşı ayıq-sayıq olmalıdır”, – Maduro qeyd edib.

Kolumbiya Xarici İşlər Nazirliyi Maduronun açıqlamasına şərh verməkdən boyun qaçırıb./publika.az

Xəbər lenti