Xəzər Xəbər

Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Dünya | 11:25 • 25 Avqust 2019
Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.


Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.


Məlumata əsasən, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.


Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Xəbər lenti