Xəzər Xəbər

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

Dünya | 09:10 • 24 Avqust 2019
Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 250 milyard dollarlıq malın gömrük tariflərinin oktyabrın 1-dən etibarən 25 faizdən 30 faizə qaldırılacağını elan edib.


Xezerxeber.az xəbər verir ki, Birləşmiş Ştatların bu addımı Çinin ABŞ-dan gətirilən 75 milyard dollarlıq məhsulun rüsumlarının 10 faizədək artırılması barədə avqustun 23-də qəbul etdiyi qərara cavab xarakteri daşıyır.


Bundan başqa, ABŞ sentyabrın 1-dən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10 faiz rüsum tətbiq olunması barədə bir müddət əvvəl açıqladığı qərarına da dəyişiklik edərək, rüsumu 15 faizə qaldırıb.

Xəbər lenti