Xəzər Xəbər

Kişi 30 il beyində qurd gəzdirib

Dünya | 15:26 • 23 Avqust 2019
Kişi 30 il beyində qurd gəzdirib

Çinin Szyansi əyalətində həkimlər pasiyentin beynindən 10 santimetrlik qurd çıxarıblar.

Bu barədə "AsiaOne" informasiya portalı məlumat yayıb.

59 yaşlı kişi 30 il güclü baş ağrılarından əziyyət çəkib və sağlamlıqla bağlıproblemlərinin səbəbini tapmaq cəhdləri uğursuz olub.

Xəstənin sözlərinə görə, 1989-cu ildə kart oynayarkən qəfildən halı pisləşib, əl-ayağı əsməyə başlayıb, ağzından köpük gəlib. Ailəsi onu xəstəxanaya apardıqda, yerli həkimlər xəstəyə epilepsiya diaqnozu qoyaraq müalicə yazıblar.

Dərman qəbul etməsinə baxmayaraq, adam yenə də tutmalardan və mütəmadi baş ağrılarından şikayətlənib, lakinzamanla keçəcəyinə ümid edib.

2015-ci ildə onun yaşadığı kənddə yanğın baş verib. Yanğını söndürməyə çalışarkən çinlinin növbəti tutması tutub.

Dəfələrlə həkimə müraciət etsə də, eyni diaqnoz qoyulub. Yalnız 2019-cu ilin iyulunda həkimlər onu MRT müayinəsindən keçirib və qan analizigötürüblər. Nəticədə, xəstənin beynində parazit aşkar olunub. Cərrahlar xəstəni əməliyyat edərək qurdu çıxara biliblər.

Həkimlərin ehtimalına görə, parazit pasiyentinorqanizminə təbii mənbədən çiy su içərkən düşüb.

Xəbər lenti