Xəzər Xəbər

Əsədin qələbəsi: Astana formatı hədəfi dəyişir?

Dünya | 12:43 • 23 Avqust 2019
Əsədin qələbəsi:

Suriya ordusunun Xan-Şeyxunu ələ keçirməsi Əsəd hakimiyyətinin reputasiya qələbəsidir.

Bu sözləri rusiyalı siyasi ekspert Qriqori Lukyanov deyib.

O bildirib ki, bu qələbə Rusiya-İran-Türkiyə sammiti öncəsi Moskvanın mövqelərini möhkəmlədəcək:

"Ölkə liderləri Astana formatı çərçivəsində Suriyanın inkişafı ilə bağlı Konstitusiya Komitəsi tərkibində strateji planları müzakirə etməli idilər. Lakin indiki məqamda bir sıra dəyişikliklər ola bilər. Hazırda isə İdlibin inteqrasiyası, Suriyanın tərkibinə qaytarılması ilə bağlı ayrıca razılaşmalar müzakirəyə çıxarıla bilər”, - deyə ekspert bildirib./axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti