Xəzər Xəbər

Tramp FES-lə bacarmır: Bataqlıqdasınız!

Dünya | 12:39 • 23 Avqust 2019
Tramp FES-lə bacarmır:

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələri ilə bağlı siyasətini tənqid edib.

Ağ Ev rəhbəri Tvitter səhifəsində FES-i faiz dərəcələrini aşağı salmağa çağırıb.

"Almaniya 30 illik mənfi gəlirli istiqrazları satır. Almaniya ABŞ ilə yarışır. Federal Sistem işimizi həyata keçirməyə imkan vermir. Rəqiblərimiz qarşısında bizi çətin vəziyyətə salır. Güclü dollar, inflyasiya yox dərəcəsində... Onlar özlərini bataqlıq kimi aparırlar”, - Ağ Ev rəhbər bildirib./axar.az

Xəbər lenti