Xəzər Xəbər

56 yaşında ilk dəfə ATA OLACAQ

Dünya | 16:03 • 22 Avqust 2019
56 yaşında ilk dəfə ATA OLACAQ

Kino pərəstişkarlarının sevimli rejissoru Kventin Tarantino 56 yaşında ata olacaq.

Bir-birindən nəfis ekran əsərlərinin yaradıcısı Tarantino ötən ilin noyabrında ilk dəfə ailə qurub. Toydan 9 ay sonra isə həyat yoldaşının hamilə olduğu xəbərini alıb.

Rejissorun meneceri mediaya verdiyi açıqlamada Kventinlə Daniella cütlüyünün çox xoşbəxt olduğunu vurğulayıb.

Xatırladaq ki, cütlük 10 ildir birgə yaşayır. Ötən il münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər. 9 ay sonra dünyaya gələcək körpə 56 yaşlı rejissorun ilk övladıdır.

Tarantinonun "Bir dəfə Hollivudda” adlanan son filmi hazırda dünyanın bir çox ölkələrinin kinoteatrlarında anşlaqla qarşılanır./publika.az

Xəbər lenti