Xəzər Xəbər

Gizli danışıqlarla bağlı – Şok etiraf

Dünya | 14:55 • 21 Avqust 2019
Gizli danışıqlarla bağlı

"Şimali Amerika imperiyası ilə aramızdakı münaqişənin həlli üçün ABŞ-la rəhbərlik etdiyim hökumət arasında bir neçə dəfə danışıqlar həyata keçirilib”.

Bu sözləri Venesuela prezidenti Nikolas Maduro La Quaira şəhərindəki çıxışında deyib.

"Sizə bir sirr açmaq istəyirəm, ABŞ-la rəhbərlik etdiyim hökumət arasında danışıqlar heç kimin bilmədiyi gizli yerlərdə keçirilib”, - Maduro əlavə edib.

O, bəzi ABŞ rəsmilərinin Trumpa Venesuela haqqında yalan danışdığını və bunun Venesuelaya hücum və sanksiyalar tətbiq edilməsində rol oynadığını da bildirib.

Venesuela Məclisinin sədri Diosdado Kabello isə prezidentin bu etirafını rədd edib./Teleqraf.com

Xəbər lenti