Xəzər Xəbər

Anlaşma bitdi: ABŞ ilk raketini atdı

Dünya | 12:50 • 21 Avqust 2019
Anlaşma bitdi: ABŞ ilk raketini atdı

SSRİ ilə Qərb ölkələri arasında "soyuq müharibə”nin başa çatmasını özündə ehtiva edən və 1987-ci ildə imzalanmış Orta Mənzilli Raket Nüvə Anlaşmasının bu il avqustun 2-də dayandırılmasının ardından ilk dəfə ABŞ raket sınağı keçirib.

Raket sınağı bazar günü Kaliforniya ştatının San Nikolas adasında həyata keçirilib.

Pentaqon raket sınağına dair yaydığı açıqlamada qeyd edib ki, raket 500 kilometrdən çox məsafəni qət edərək hədəfi məhv edib.

ABŞ Müdafiə Nazirliyi əlavə edib ki, bu test orta mənzilli raketlərin inkişafına ciddi yardım edəcək.

Rusiya bu testi "narahatedici addım” kimi qiymətləndirib, Çin isə yeni silahlanma yarışının başlanmasına dair xəbərdarlıq edib./Teleqraf.com

Xəbər lenti

Çox oxunanlar