Xəzər Xəbər

Əli Ağaoğlu lüks avtomobillərini satışa çıxardı

Dünya | 12:13 • 21 Avqust 2019
Əli Ağaoğlu lüks avtomobillərini satışa çıxardı
Türkiyəli biznesmen Əli Ağaoğlunun sahibi olduğu "Ağaoğlu İnşaat” şirkətinin maliyyə sıxıntısı ilə üzləşdiyi iddia edilib.

"Finansgündem” xəbər verir ki, onun bu səbəbdən 5 lüks avtomobilini satışa çıxardığı bildirilir.

Məlumata görə, o, avtomobillərinin satılması üçün bir avtosalonla razılaşıb. Lakin, avtomobillər 20 gündür satışa çıxarılsa da, hələlik müştəri tapılmayıb.

Satışa çıxarılan avtomobillərin ümumi dəyəri 9,2 milyon lirədir (təxminən 2,7 milyon manat).

Həmin avtomobillər bunlardır:
2013-cü il model "Rolls Royce Fantom” - 3 milyon 700 min lirə (təxminən 1,1 milyon manat)
2012-ci model "Bentley Flysuper” - 1 milyon lirə (təxminən 300 min manat)
1975-ci il model "Rolls Royce” - 300 min lirə (təxminən 90 min manat)
2012-ci il model "Bentley Mulsana” - 1 milyon 200 min lirə (təxminən 355 min manat)
2016-cı il model "Rolls Royce Wraith Cabrio” - 3 milyon lirə (təxminən 890 min manat)
BAKU.WS

Rubrikanın digər xəbərləri

Xəbər lenti