Xəzər Xəbər

Səudiyyə Ərəbistanında mindən çox qadın... YENİ QANUN

Dünya | 09:36 • 21 Avqust 2019
Səudiyyə Ərəbistanında mindən çox qadın...

Səudiyyə Ərəbistanında mindən çox qadın bir gün ərzində himayədarın icazəsi olmadan xarici ölkəyə səyahət etmək üçün pasport nəzarəti xidmətindən qeydiyyatdan keçib.

Bu barədə yerli "Al Youm” qəzeti məlumat yayıb.

Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanın hakimiyyəti qadınların xarici ölkəyə getməsinin sadələşdirilməsi üçün qanuna dəyişikliklər edib. Yeni qanun əsasında 21 yaşına çatmış qadınlar kişi himayədarının (həyat yoldaşı və yaxud kişi cinsindən olan yaxın qohumlarının) razılığı olmadan xaricə getməyə icazə verilib. Səudiyyə Ərəbistanı hakimiyyətinin bəzi qanunlara dəyişikliklər edilməsi nəticəsində, həmçinin qadınlara onlara cavabdeh kişi cinsindən olan ailə üzvlərinin razılığı olmadan xarici pasport almaq üçün sənəd vermək və pasport almaq hüququ verilib./publika.az

Xəbər lenti