Xəzər Xəbər

Anlaşmasız “Brexit” Şotlandiyaya illik 14 milyard funt-sterlinqə başa gələ bilər

Dünya | 17:19 • 19 Avqust 2019
Anlaşmasız “Brexit” Şotlandiyaya illik 14 milyard funt-sterlinqə başa gələ bilər

Böyük Britaniyanın anlaşmasız "Brexit” qərarı Şotlandiyaya illik 14 milyard funt sterlinqə başa gələ bilər.


Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İngiltərə Sənaye Konfederasiyasının prezidenti Karolin Fairbairn deyib. K.Fairbairn İngiltərənin Aİ-dən anlaşmasız ayrılmasının Şotlandiya iqtisadiyyatını böyük risk altında qoyacağını vurğulayıb. "Böyük Britaniyanın bu qərarından çox narahatıq. Düşünürük ki, İngiltərə hökumətinin əsas prioriteti İttifaqı razılıq əsasında tərk etmək olmalıdır. Aİ ilə iş görən Şotlandiya şirkətləri də bu vəziyyətdən çox narahatdır. Avropalı müştərilər bizimlə iş qurmağı mürəkkəb və riskli hesab edirlər. Bəzi müştərilər indidən razılaşmaları pozurlar. Onlar artıq avropalı təchizatçılar axtarışındadırlar”, - deyə o əlavə edib.

Xəbər lenti