Xəzər Xəbər

Ermənistan Fövqəladə Hallar Nazirliyinin binası yanıb

Dünya | 16:38 • 19 Avqust 2019
Ermənistan Fövqəladə Hallar Nazirliyinin binası yanıb

İrəvanda yanğınsöndürən qurumun – Ermənistan Fövqəladə Hallar Nazirliyinin öz binası yanıb.


Xezerxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, avqustun 19-da Ermənistan FHN-in binasının çardağı alovlanıb. Qeyd olunur ki, yanğının səbəbi elektrik xətlərindəki qısaqapanmadır. Öz binasında baş verən yanğın barədə məlumat yayan FHN bildirib ki, səhər saatlarında "911” xidmətinə nazirliyin binasında yanğın baş berməsi haqqında məlumat daxil olub və yanğınsöndürənlər 5 dəqiqədən sonra yanğını söndürə biliblər.


Yanğın nəticəsində xəsarət alan olmayıb, lakin FHN-in bütün əməkdaşları binadan təxliyə edilib.

Xəbər lenti