Xəzər Xəbər

Gürcüstandan Azərbaycana dərman idxalı kəskin azalıb

Dünya | 14:34 • 19 Avqust 2019
Gürcüstandan Azərbaycana dərman idxalı kəskin azalıb

Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələrinin həcmi azalıb.


APA-nın yerli bürosu Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadən məlumat verir ki, cari ilin yanvar-iyul ayları ərzində Gürcüstandan Azərbaycana 17 905,3 min ABŞ dolları dəyərində 459,9 ton dərman idxal edilib.


2018-ci ilin hesabat dövrü ərzində isə Gürcüstandan 20 234,0 min ABŞ dolları dəyərində 1 578,8 ton dərman idxal edilib.

Xəbər lenti