Xəzər Xəbər

Böyük Britaniya İran gəmisini azad etdi - ABŞ-ın xahişini nəzərə almadı

Dünya | 09:04 • 19 Avqust 2019
Böyük Britaniya İran gəmisini azad etdi -

Böyük Britaniya tərəfindən həbs olunan, lakin məhkəmənin qərarına əsasən azad edilən İranın "Grase-1” gəmisi bu axşam Hibraltarı tərk edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninecad məlumat verib.


O bildirib ki, məhkəmə qərarı ilə 3 gün əvvəl azad edilən gəmi və ekipaj bu axşam Hibraltarı tərk edib. Səfir nəzərə çatdırıb ki, gəminin adı dəyişdirilərək "Adrian Dara” qoyulub. ABŞ-ın gəminin həbsdə saxlanılması haqqında təkidli xahişinə baxmayaraq məhkəmə beynəlxalq qanunlara əsasən qərar qəbul edib. Böyük Britaniya hökuməti də ABŞ-ın xahişinə əməl etməyib və gəmini həbsdə saxlamaqdan imtina edərək azadlığa buraxıb.

Xəbər lenti