Xəzər Xəbər

Rusiya Səhiyyə Nazirliyinin siqaretə qarşı mübarizə üsulu müsbət qiymətləndirilib

Dünya | 12:47 • 18 Avqust 2019
Rusiya Səhiyyə Nazirliyinin siqaretə qarşı mübarizə üsulu müsbət qiymətləndirilib

Rusiya Federasiya Şurası, Səhiyyə Nazirliyinin iş yerində siqaret çəkənlərin cərimə edilməsi təklifini müsbət dəyərləndirilib.

Xezerber.az "RİA Novosti”yə istinadən xəbər verir ki, senator Valeri Ryazanski nazirliyin siqaretə qarşı mübarizə üsulları ilə bağlı təşəbbüsünü alqışladığını bildirib.

Nazirlik cərimələr sistemini tətbiq etməklə yanaşı, iş yerlərində siqaretə qarşı mübarizə üçün bir sıra tədbirlər görməyi tövsiyə edir. Xüsusilə, ictimai yerlərinin tüstü detektorları ilə təchiz edilməsi, siqaret çəkmək üçün ayrılmış fasilələri sağlam bir alternativ yollarla əvəz edilməsi təklif olunur (məsələn, ofisdə boşqablarda almalar qoymaq və s.).

İşəgötürənlərə işçilərin siqareti tərgidmələri üçün müxtəlif üsullardan istifadə etməsi də tövsiyə edilib. 

Xəbər lenti