Xəzər Xəbər

Alabama Universitetinin yaxınlığında atışma olub, iki nəfər ölüb

Dünya | 12:10 • 16 Avqust 2019
Alabama Universitetinin yaxınlığında atışma olub, iki nəfər ölüb

ABŞ-da Alabama Dövlət Universitetinin yaxınlığında atışma nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb.


Xezerxeber.az xəbər verir ki, Montgomery Advertiser nəşrinin polisə istinadla yaydığı məlumata görə, atışma cümə axşamı günü universitetdən bir qədər aralıda baş verib. Montqomeri dairəsinin polisi hadisə yerinə yerli vaxtla saat 19:15-də gəlib. Bir nəfər hadisə yerində ölüb, daha dörd nəfər xəstəxanaya çatdırılıb, onlardan birinin yarası ölümcül olub.


Təhqiqat ilkin mərhələdədir.


Universitetin rəhbəri Kvinton Ross bildirib ki, atışma kampusun ərazisində deyil, yaxınlıqdakı binaların birində baş verib. Onun sözlərinə görə, hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün universitet nümayəndələri polislə əməkdaşlığı davam etdirirlər.

Xəbər lenti