Xəzər Xəbər

Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb

Dünya | 17:05 • 15 Avqust 2019
Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb

Moskvada Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb.


APA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə Kremlin komendantı general-leytnant Sergey Xlebnikov məlumat verib.


Onun sözlərinə görə, aviasiya bombası Kremlin ərazisində torpaq bərkidilən zaman aşkar edilib: "Çar dövründə həmin yerdə buzxana yerləşib. Orada hidroizolyasiya üçün torpağı qazıblar".


Kremlin komendantı bombanın zərərsizləşdirildiyini və məhv edilməsi üçün aparıldığını söyləyib.


Qeyd edək ki, 1941-ci ilin 10-11 avqust tarixlərində İkinci Dünya müharibəsi zamanı atılan bombalardan biri Kremlin Nikolskaya qülləsinin yanına düşüb.

Xəbər lenti