Xəzər Xəbər

Moskvadan Simferopola uçan təyyarə qəza enişi edib: 23 nəfər yaralanıb

Dünya | 11:30 • 15 Avqust 2019
Moskvadan Simferopola uçan təyyarə qəza enişi edib: 23 nəfər yaralanıb

Moskva ətrafındakı "Jukovsk” aeroportunda təyyarə qəza enişi edib. Hadisə nəticəsində 23 nəfər yaralanıb.


AZƏRTAC xəbər verir ki, Moskvadan Simferopola uçan "Airbus A321” təyyarəsi havaya qalxarkən qağayılarla toqquşub və mühərrikdə yanğın baş verib.


Təyyarə qarğıdalı sahəsinə məcburi qəza enişi edib. Nəticədə 23 nəfər yaralanıb. Yaralananlar arasında 9 uşaq var.

Xəbər lenti