Xəzər Xəbər

Cənubi Koreya Yaponiyanı “Ağ siyahı”dan çıxarır

Dünya | 13:34 • 13 Avqust 2019
Cənubi Koreya Yaponiyanı “Ağ siyahı”dan çıxarır

Sentyabrda Cənubi Koreya Yaponiyanı ticarətin üstünlük verildiyi ölkələr siyahısından ("Ağ siyahı") çıxaracaq.


Xezerxeber.az xəbər verir ki, Seulun bu mövqeyi Yaponiyanın bir neçə gün əvvəl Cənubi Koreyaya qarşı tətbiq etdiyi oxşar qərara cavab xarakteri daşıyır. Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinin bəyanatında deyilir ki, qarşı tərəfə ixrac üçün müvafiq icazələrin alınması ilə bağlı uzunmüddətli proseslər də daxil olmaqla daha sərt ticarət qaydaları tətbiq olunacaq.


Xatırladaq ki, avqustun 2-də Yaponiya hökuməti Cənubi Koreyanın "Ağ siyahı”dan çıxarılması barədə qərar qəbul edib. Yaponiya bu qərarın təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar ixraca nəzarət sisteminin islahatları ilə bağlı olduğunu bildirib. Lakin rəsmi Seul bunun əsarət illərində məcburi əməyə cəlb edilmiş koreyalıların varislərinə yapon şirkətlərinin kompensasiya ödəmək barədə Cənubi Koreya məhkəməsinin qəbul etdiyi qərarla əlaqədar olduğunu iddia edir.

Xəbər lenti