Xəzər Xəbər

Pakistanın keçmiş baş nazirinin qızı həbs edilib

Dünya | 15:07 • 9 Avqust 2019
Pakistanın keçmiş baş nazirinin qızı həbs edilib

Pakistanın həbsxanada olan keçmiş baş naziri Nəvaz Şərifin qızı və ana müxalifət partiyasının sədr müavini Məryəm Nəvaz korrupsiya ittihamı ilə saxlanılıb. O ilkin mərhələdə 12 gün müddətinə həbs edilib.


Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, polisə ifadə verməyə getməyən Məryəm Nəvaz bu gün hakim qarşısına çıxarılıb. O və ailəsi qeyri-qanuni yollarla əldə etdikləri külli miqdarda vəsaiti Çaudri şəkər zavodlarına xarici investor adı ilə yatırmaqda ittiham olunurlar. Məryəm Nəvaz bütün ittihamları rədd edir.

Xəbər lenti