Xəzər Xəbər

Mədəsində sərvət gəzdirirmiş - Həkimlər 60 min dollarlıq qızıl çıxardılar

Dünya | 11:18 • 9 Avqust 2019
Mədəsində sərvət gəzdirirmiş - Həkimlər 60 min dollarlıq qızıl çıxardılar

Hindistanda 22 yaşlı Runi Xatunun mədəsindən ümumi çəkisi 1,6 kq olan 69 ədəd qızıl zəncir, 46 qızıl qəpik, buruna taxılan 11 pirsinq, 40 cüt sırğa, səkkiz bəzək əşyası, beş bilərzik və bir qol saatı çıxarılıb.


R.Xatun mütəmadi ürək bulanma və qarın nahiyəsindəki ağrılardan şikayətlə həkimlərə müraciət edib. Onun həzm sistemində problem olub, qida qəbul edərkən qaytarırmış.


Rentgen müayinəsindən sonra həkimlər şoka düşüb. Mədəsi metal əşyalarla dolu olan qadın dərhal əməliyyat olunub və mədəsindən ümumi dəyəri təxminən 60 min dollar olan zinət əşyaları çıxarılıb.


R.Xatun etiraf edib ki, bütün zinət əşyalarını özü udub, amma səbəbini izah etməyib.


Bundan əvvəl qohumlar qızılların itdiyini görsələr də, Runidən bununla bağlı qaneedici cavab ala bilməyiblər.

Xəbər lenti