Xəzər Xəbər

Ege bölgəsində baş vermiş 6 bal gücündə zəlzələ zamanı 59 binaya ağır zərər dəyib

Dünya | 09:49 • 9 Avqust 2019
Ege bölgəsində baş vermiş 6 bal gücündə zəlzələ zamanı 59 binaya ağır zərər dəyib

Türkiyənin Ege bölgəsində yerləşən Denizli şəhərinin Bozkurt rayonunda baş vermiş 6 bal gücündə zəlzələ zamanı 59 binaya ağır zərər dəyib.


Bu məlumatı ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.


Məlumatda bildirilir ki, hadisə yerinə müxtəlif sahələr üzrə 329 mütəxəssis cəlb olunub. Hazırda ərazidə dəyən zərərin məbləği araşdırılır. Son nəticələrə görə, 59-u ağır olmaqla ümumilikdə 330 tikiliyə zərər dəyib.


Xəstəxanalara müxtəlif bədən xəsarətləri ilə müraciət edən 81 nəfərdən 78-i ilkin yardım göstərildikdən sonra evə buraxılıb.


Təbii fəlakət baş verən bölgəyə təxminən 400 çadır gətirilib. Onların əksəriyyəti artıq quraşdırılıb. Bölgədə yaşayan vətəndaşlar bu gecəni çadırlarda keçirəcəklər.


Qeyd edək ki, Türkiyənin Ege bölgəsində 8 saat ərzində 1,1-6 bal arasında 114 zəlzələ baş verib.


Yeraltı təkanların əksəriyyəti Denizli şəhərində qeydə alınıb. Zəlzələ Antalya, Muğla, İsparta və Burdur şəhərlərində də hiss edilib.


Hadisədən sonra bölgədə torpaq sürüşməsi baş verib.

Xəbər lenti