Xəzər Xəbər

Çin və Yaponiya 7 illik fasilədən sonra strateji dialoqu bərpa edirlər

Dünya | 18:38 • 8 Avqust 2019
Çin və Yaponiya 7 illik fasilədən sonra strateji dialoqu bərpa edirlər

Çin və Yaponiya 7 illik fasilədən sonra strateji dialoqu bərpa edirlər. Avqustun 10-da iki ölkənin xarici siyasət idarələrinin rəhbər müavini səviyyəsində növbəti dialoq keçiriləcək.


AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunin məlumat verib. Dialoqun növbəti mərhələsində Çin Xarici İşlər nazirinin müavini Lı Yüçen və onun yaponiyalı həmkarı Takeo Akiba iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərini, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Xəbər lenti