Xəzər Xəbər

ABŞ-da təyyarə qəzasında 3 nəfər həlak olub

Dünya | 17:40 • 8 Avqust 2019
ABŞ-da təyyarə qəzasında 3 nəfər həlak olub

Birləşmiş Ştatların Pensilvaniya ştatının cənub-şərqində yerləşən Uilloy-Qrouv şəhərində kiçik təyyarənin bir evin həyətinə düşməsi nəticəsində 3 nəfər həlak olub. 


Xezerxeber.az CNN telekanalının saytına istinadən xəbər verir ki, qəzada ölənlərin hamısı təyyarənin göyərtəsində olanlardır.


Bildirilir ki, qəza təyyarənin Pensilvaniya ştatındakı Filadelfiya şəhərinin ətrafında yerləşən aeroportdan havaya qalxmasından bir neçə dəqiqə sonra baş verib. Onun hansı istiqamətdə uçduğu hələ müəyyən edilməyib. Yerə çırpılmazdan əvvəl təyyarənin hündür ağacların üzərinə düşdüyü qeyd olunur. Yerdə olan insanlardan heç biri xəsarət almayıb.

Xəbər lenti