Xəzər Xəbər

Nobel mükafatı laureatı Kəşmirlə bağlı çağırış etdi

Dünya | 17:22 • 8 Avqust 2019
Nobel mükafatı laureatı Kəşmirlə bağlı çağırış etdi

Nobel mükafatı laureatı Malala Yusufzay Kəşmirdə vəziyyəti sabitləşdirməklə bağlı çağırış edib.


Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, o sosial media hesabından verdiyi açıqlamada insan hüquqlarının, uşaqların və qadınların hər zaman qorunmalı olduğunu, 70 illik problemin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. "Kəşmirlilər 70 ildir dəhşət içərisində yaşayırlar. Cənubi Asiyada 1,8 milyard insan yaşayır. Biz fərqli mədəniyyətləri təmsil etsək də, sülh şəraitində yaşaya bilərik. Ümid edirəm ki, bütün Cənubi asiyalılar, əlaqədar beynəlxalq qurumlar məsələyə münasibət bildirəcəklər”, - deyə o, əlavə edib.

Xəbər lenti