Xəzər Xəbər

Qurban bayramında Müqəddəs Kəbənin örtüyü dəyişdiriləcək

Dünya | 16:27 • 8 Avqust 2019
Qurban bayramında Müqəddəs Kəbənin örtüyü dəyişdiriləcək

Qurban bayramında Müqəddəs Kəbənin örtüyü dəyişdiriləcək.


Xezerxeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, yeni örtük maşın və əllə hazırlanıb. Onun hazırlanmasında 200 işçi çalışıb. Örtüyün hazırlanmasına 700 kiloqram saf ipək, 120 kiloqram gümüş və qızıl sərf edilib. İpəklər İtaliyadan gətirilərək Məkkədə qara rəngə boyadılıb. Üzərində müxtəlif ayələr və dualar yazılıb. Dörd hissədən ibarət olan örtük 47 metr uzunluğunda və 657 kvadratmetrdir. Onun hazırlanmasına bir ilə qədər vaxt sərf olunub.

Xəbər lenti