Xəzər Xəbər

Pakistanla Hindistan arasında qatarların hərəkəti dayandırılıb

Dünya | 16:15 • 8 Avqust 2019
Pakistanla Hindistan arasında qatarların hərəkəti dayandırılıb

Pakistanın Lahor və Hindistanın Dehli şəhərləri arasında qatarların hərəkəti dayandırılıb.


Xezerxeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Pakistan Dəmir Yolları naziri Şeyx Raşid Əhməd keçirdiyi mətbuat konfransında qatarların fəaliyyətinin Milli Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyalara uyğun olaraq dayandırıldığını bildirib. Qatarların hərəkəti Hindistanın Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra bərpa ediləcək. Bu xətt üzrə hərəkət edən vaqonlar hələlik digər marşrutlara cəlb olunacaq.


Qeyd edək ki, fevral ayında iki ölkə arasında gərginlik artıqdan sonra qatarlarların bu istiqamətdə hərəkəti dayandırılsa da, bir həftə sonra bərpa edilmişdi.

Xəbər lenti