Xəzər Xəbər

Ukraynada kazinoların fəaliyyəti qanuniləşdirilir

Dünya | 14:36 • 8 Avqust 2019
Ukraynada kazinoların fəaliyyəti qanuniləşdirilir

Ukrayna Prezidenti Vladimir Zelenski qumar oyunlarını, xüsusilə beşulduzlu hotellərdə kazinoların fəaliyyətini qanuniləşdirmək niyyətindədir.


AZƏRTAC xəbər verir ki, V.Zelenski bunu İstanbulda keçirilən Ukrayna-Türkiyə biznes forumunda bəyan edib.


"Biz qumar oyunlarını, yəni beşulduzlu otellərdə kazinoların fəaliyyətini qanuniləşdiririk. Bu, Qara dənizin regionunda turizm inkişafına təkan verəcək”, - deyə Ukrayna Prezidenti əlavə edib.


O bildirib ki, Qara dəniz ölkələri bölgədə turizmin inkişafı üçün birlikdə çalışmalıdırlar.

Xəbər lenti