Xəzər Xəbər

İrəvan sakinləri şəhərin zibilxanaya çevrilməsinə etiraz ediblər

Dünya | 14:21 • 8 Avqust 2019
İrəvan sakinləri şəhərin zibilxanaya çevrilməsinə etiraz ediblər

İrəvan sakinləri şəhərin zibilxanaya çevrilməsinə etiraz ediblər. 


Xezerxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan paytaxtının meriyası önündə etiraz aksiyası keçirən onlarla insan özləri ilə gətirdikləri məişət tullantıları dolu paketləri meriya binasının önünə qoyublar. Burada sakinlərlə əraziyə cəlb olunan polis arasında qarşıdurma baş verib və aksiyanın 3 iştirakçısı saxlanılıb. Onlara qarşı polisə müqavimət və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Etiraz aksiyasının təşkilatçısı Sona Aqekyan bildirib ki, şəhər zibilxanaya çevrilib, meriya isə bununla bağlı heç bir tədbir görmür.


Erməni mətbuatı yazır ki, hələ ötən ilin yayında İrəvanın mərkəzi küçələrində məişət tullantılarının yığışdırılması ilə bağlı ciddi problem yaranıb. Qeyd olunur ki, şəhərin bu vəziyyətə düşməsinin səbəbi təmizlik şirkətinin maliyyə problemləri və müvafiq texnikanın çatışmamasıdır. "Sanitek” adlı şirkəti dəfələrlə cərimələyən şəhər meriyası isə öz funksiyalarını yerinə yetirə bilmir. Ən acınacaqlısı isə paytaxt küçələrində siçovul və tarakan "ordusunun” yaranmasıdır.

Xəbər lenti