Xəzər Xəbər

İran Çinlə birtərəfli viza rejimini ləğv edib

Dünya | 13:02 • 23 İyul 2019
İran Çinlə birtərəfli viza rejimini ləğv edib

İranın Nazirlər Kabineti Çinlə viza rejiminin birtərəfli ləğvi ilə bağlı qərar qəbul edib.


APA-nın Tehran bürosunun məlumatına görə, İranın Nazirlər Kabineti bu qərarı ölkənin xarici işlər naziri və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının təklifi əsasında qəbul edib.


Qərara əsasən, Çin vətəndaşları 21 gün müddətinə İranda qala bilər.


Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının yeni sədri Əli Əsgər Munisan jurnalistlərə açıqlamasında bildirib ki, viza rejiminin ləğvi ilə yaxın 4-5 il ərzində Çindən İrana 1 milyon turistin gələcəyi proqnozlaşdırılır.


Qeyd edək ki, son statistik məlumata görə, 2018-ci ildə Çindən İrana 52 min nəfər səfər edib. Ötən il İrandan tranzit olaraq digər ölkələrə səfər edən çinlilərin sayı isə 170 min nəfər təşkil edib.

Xəbər lenti