Xəzər Xəbər

Pompeo Türkiyənin “S-400” alması ilə bağlı məyusluğunu ifadə edib

Dünya | 12:53 • 21 İyul 2019
Pompeo Türkiyənin “S-400” alması ilə bağlı məyusluğunu ifadə edib

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri ilə telefonda danışıb. O, Türkiyənin Rusiyadan "S-400” raket sistemini alması ilə bağlı məyusluğunu ifadə edib. 

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

Vaşinqton Türkiyənin Rusiyanın raket müdafiə sistemini almasına qarşı çıxıb və sanksiyalar tətbiq etməklə hədələyib. Prezident Donald Tramp o zamandan bəri administrasiyasının bu addımı atmağı planlaşdırıb-planlaşdırmadığını açıq bildirməyib.

Xatırladaq ki, cümə axşamı ABŞ-ın bir neçə respublikaçı və demokrat qanunvericisi Trampa raket sistemini aldığına görə Türkiyəyə sanksiya tətbiq etməsi üçün təzyiq göstərib.

Xəbər lenti