Xəzər Xəbər

Afrika İttifaqı beynəlxalq ictimaiyyətə çağırış etdi

Dünya | 13:08 • 20 İyul 2019
Afrika İttifaqı beynəlxalq ictimaiyyətə çağırış etdi

Afrika İttifaqı beynəlxalq ictimaiyyəti Ebola epidemiyası ilə bağlı təcili tədbirlər görməyə çağırıb.


Xezerxeber.az xəbər verir ki, təşkilat rəsmilərinin məlumatına görə, indiyədək 2500-dən çox insanın virusa yoluxduğu təsdiqlənib. Bu ilin iyuluna qədər olan dövrdə isə 1700-dən çox insan xəstəlik səbəbindən vəfat edib. Epidemiya ilə mübarizə məqsədilə könüllü dəstələrin təhlükəli zonalara göndəriləcəyi bildirilib. Xəstəlik əsasən Konqo Demokratik Respublikasının Şimali Kivu və İturi əyalətlərində geniş yayılıb. Artıq Qoma şəhərində də virusa yoluxma halları qeydə alınıb.


Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı Ebola epidemiyasını beynəlxalq miqyaslı fövqəladə hadisə elan edib.

Xəbər lenti