Xəzər Xəbər

Paris məhkəməsi "Estonia" gəmisi ilə bağlı iddianı rədd edib

Dünya | 13:00 • 20 İyul 2019
Paris məhkəməsi "Estonia" gəmisi ilə bağlı iddianı rədd edib

Paris məhkəməsi 1994-cü ildə Baltik dənizində batmış "Estonia" gəmisi üzrə açılmış məhkəmədə iddiaçıların təzminat tələbini rədd edib.


AZƏRTAC-ın məlumatına görə, məhkəmə qərar verib ki, 852 nəfərin həlak olduğu gəmi qəzası bilərəkdən və ya hansısa ehtiyatsızlıq səbəbindən baş verməyib.


Finlandiya yaxınlığında batan bərənin suda çevrilməsi zamanı cəmi 137 nəfər qurtula bilmişdi.


1997-ci ildə sağ qalanlar və həlak olanların qohumları gəmi sahibindən təzminat almışdılar. Həlak olanların 501-i İsveç, 282-si eston olub. Hazırda iddiaçıların vəkilləri apellyasiya müraciəti barədə qərar qəbul etmədiklərini bildiriblər.

Xəbər lenti